...

Türkiyənin "Qalatasaray" futbol klubu argentinalı qapıçı ilə müqavilə imzalayacaq

Cəmiyyət Materials 20 May 2009 15:48 (UTC +04:00)

Türkiyənin "Qalatasaray" futbol klubu argentinalı qapıçının transferi üçün onunla hər mənada razılığa gəlib.

Klubun internet saytında verilən məlumata görə, hazırda İspaniyanın "Atletiko" komandasının şərəfini qoruyan 32 yaşlı Leo Franko mövsümün sonunda İstanbula gələrək müqavilə imzalayacaq.

"Qalatasaray"ın transferinə razılıq aldığı digər futbolçu "Bursaspor" klubunun yarımmüdafiəçisi Mustafa Sarpdır. Mövsümün sonunda indiki klubu ilə müqaviləsi başa çatan futbolçu ilə artıq ilkin saziş imzalandığı bildirilir.

Türkiyə mətbuatının digər bir məlumatına görə, "Qalatasaray" klubunun rəhbərliyi əvvəllər Braziliya və Portuqaliya yığmalarını, bir müddət isə Londonun "Çelsi" komandalarını çalışdıran Felipe Skolari ilə danışıqlar aparırlar. Təcrübəli baş məşqçinin İstanbula gəlmək üçün düşünməyə bir müddət vaxt istədiyi qeyd edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti