...

"Elektron ərizə"ni təsdiqləmiş azərbaycanlı abituriyentlərin sayı 106103-ə çatıb

Cəmiyyət Materials 29 May 2009 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may / Trend , müxbir C.Babayeva /  

Bu günə qədər Azərbaycanın ali məktəbləri və orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək istəyən 106103 abituriyent elektron ərizəsini təsdiqlədib.

Azərbaycan bölməsi üzrə 94355 abituriyent (I qrup üzrə 29750,  II qrup üzrə 20274, III qrup üzrə 30417, IV qrup üzrə 13894 abitureyent), rus bölməsi üzrə 11768 abituriyent (I qrup üzrə 3166,  II qrup üzrə 3435, III qrup üzrə 3514, IV qrup üzrə 1653 abitureyent) elektron ərizəsini təsdiqlədib, cümə günü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaydığı məlumatda bildirilib.

Azərbaycanın ali məktəbləri və orta təhsil bazasından orta ixtisas məktəblərinə ərizə qəbulu mayın 31-də başa çatır. 

Bu il Azərbaycanın ali məktəblərinə qəbul 149 ixtisas üzrə aparılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti