...

Azərbaycan sərhədini qanunsuz keçməyə cəhd edən türkiyəli iş adamı Dövlət Sərhəd Xidmətində saxlanılır

Cəmiyyət Materials 4 İyun 2009 12:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyun / Trend , müxbir A.Hüseynbala /

Sərhədi qanunsuz keçdiyi üçün Azərbaycanda korrupsiya cinayətlərinə görə məhkum olunmuş "Barmek"in prezidenti Hüseyin Arabul hazırda Dövlət Sərhəd Xidmətində (DSX) saxlanılır.

Bu barədə Trend -a cümə axşamı "Barmek"in prezidenti Arabulun məhkəmə istintaqı zamanı vəkili olmuş Abbas Atakişi məlumat verib.

Vəkil bildirib ki, Arabulu Gürcüstan sərhədçiləri saxlayıb və Azərbaycan sərhədçilərinə təhvil veriblər.

Arabul Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 2007-ci ildə 1 milyon 370 min manat ödəməklə 5 il şərti cəzaya məhkum edilib.

Onun cəza müddəti başa çatmadığından Azərbaycanı tərk edə bilməz.

DSX-nin mətbuat xidmətindən əlavə məlumat almaq mümkün olmayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti