...

Azərbaycan və Özbəkistan gənclər siyasəti sahəsində əməkdaşlıq planı imzalayıb

Cəmiyyət Materials 1 İyul 2009 18:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyul / Trend , müxbir C.Babayeva /

Azərbaycan və Özbəkistan gənclər siyasəti sahəsində əməkdaşlıq planı imzalayıb. 2009-2010-cu illəri əhatə edən əməkdaşlıq planını

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Özbəkistanın "Kamolot" Gənclər İctimai Hərakatının başçısı Akrom Alimov imzalayıb. 

"Əməkdaşlıq planı Azərbaycan və Özbəkistan münasibətlərində yeni mərhələdir. Sənəd Azərbaycan və Özbəkistan arasındakı gənclər siyasəti sahəsində əməkdaşlığın düzgün istiqamətdə inkişaf etdiyini nümayiş etdirir", - Rəhimov bildirib.  

Alimovun sözlərinə əsasən, əməkdaşlıq planı Özbəkistanla Azərbaycan arasında gənclər siyasəti sahəsindəki əməkdaşlığı daha da möhkəmlədəcək.

1997-ci ildə Azərbaycan və Özbəkistan hökumətləri arasında gənclər siyasəti sahəsində müqavilə imzalanıb. Sənədə əsasən Azərbaycan və Özbəkistan gəncləri birgə layihələrdə iştirak edirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti