...

Gənclər nazirinin başçılıq etdiyi Dağıstan nümayəndə heyəti Azərbaycanda səfərdədir

Cəmiyyət Materials 3 İyul 2009 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir C.Babayeva /

Gənclər naziri Zaur Kahrimanovun başçılıq etdiyi Dağıstan nümayəndə heyəti Azərbaycanda səfərdədir.

"Nümayəndə heyəti 3-7 iyul tarixləri arasında Azərbaycanda Dağıstanın Gənclər Günü çərçivəsində keçirilən tədbirlərdə iştirak edəcək. Qonaqlar Quba və Qusar rayonlarına səfər edəcəklər", - Gənclər və İdman Nazirliyinin cümə günü yaydığı məlumatında deyilir.

Səfər çərçivəsində qonaqlar Quba rayonunun tarixi və mədəniyyəti ilə tanış olacaqlar. Nümayəndə heyəti Azərbaycan və Dağıstan gənclərinin əl işləri nümayiş olunan sərgidə iştirak edəcəklər. Səfər proqramı çərçivəsində Azərbaycan və Dağıstanın gənc xalq və estrada musiqi ifaçılarının konsert proqramı da təqdim olunacaq.

Gənclər Günü Azərbaycan və Dağıstanın Gənclər nazirilikləri arasında imzalanmış memorandum çərçivəsində həyata keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti