...

Azərbaycanın şimal zonasında ətraf mühitə zərər vuranlar cəzalandırılıb

Cəmiyyət Materials 10 İyul 2009 14:22 (UTC +04:00)

Azərbaycan, Bakı,10 iyul / Trend , müxbir K. Zərbalıyeva /

Azərbaycanın şimal zonasında "Ətraf Mühitin Mühafizəsi haqqında" qanunun tələblərinin pozulması ilə bağlı bu ilin 6 ayında 82 akt və protokol tərtib edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumata görə, 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin nəzarət etdiyi inzibati ərazilərdə - Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən ərazilərində aparılan reyd və yoxlamalar zamanı qeydə alınan pozuntularla bağlı müvafiq tədbirlər görülüb.

Atmosfer havasının mühafizəsi sahəsində 13 akt və protokol tərtib edilib və 9 məcburi göstəriş verilib. Müəssisə və təşkilatlara 3230 manat məbləğində məcburi ödəmə hesablanıb və ödənilməsi təmin edilib.

Su mühafizəsi sahəsində 13 akt tərtib edilib, 11 məcburi göstəriş verilib. Müəssisə və təşkilatlara 4031 manat məbləğində məcburi ödəmə hesablanıb və ödənilib.

Yerin təkinin mühafizəsi sahəsində 5 akt tərtib edilib, 3 məcburi göstəriş verilib. 1 nəfər 800 manat məbləğində cərimə olunub, 3 nəfərə qarşı 170,5 manat məbləğində iddia qaldırılıb.

Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının atılmasına görə 9 akt və protokol tərtib edilib. 2 nəfər 4000 manat məbləğində cərimə edilib, 7 məcburi göstəriş verilib. Müəssisə və təşkilatlara 773 manat məbləğində məcburi ödəmə hesablanıb. 2 iş məhkəmə orqanlarına göndərilib.

Floranın mühafizəsi sahəsində 38 akt və  protokol tərtib edilib. Qanunu pozan 17 nəfər 10550 manat məbləğində cərimə olunub, 18 nəfərə qarşı 1576 manat məbləğində iddia qaldırılıb. 16 iş tədbir görülməsi üçün məhkəmə orqanlarına göndərilib.

Faunanın mühafizəsi sahəsində 4 protokol tərtib edilib, 1 nəfər 700 manat məbləğində cərimə olunub, 1 iş isə tədbir görülməsi üçün məhkəmə orqanlarına göndərilib.

Xəbər lenti

Xəbər lenti