...

Azərbaycanın Dövlət Sosial Müdafiə Fondu növbəti internet sorğusunun nəticələrini açıqlayıb

Cəmiyyət Materials 16 İyul 2009 12:02 (UTC +04:00)

Azərbaycan, Bakı 16 iyul  / Trend , A.Hüseynbala /

Azərbaycanın Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında keçirilən növbəti interaktiv sorğuda ölkəmizdə həyata keçirilən pensiya islahatlarına münasibət öyrənilib.

"Sizcə, indiyədək həyata keçirilən pensiya islahatlarının başlıca üstünlüyü nədən ibarətdir" sualına cavabda respondentlərin 27,5 faizi ən üstün cəhət kimi pensiyaların plastik kartlarla ödənilməsini qeyd edib", - cümə axşamı Trend -a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib.

Rəyi soruşulanların 23,5 faizi isə islahatların ən üstün cəhəti kimi pensiyaların artırılmasını göstərib. "Bundan başqa, respondentlərin 17,3 faizi fərdi uçot siteminə keçidə üstünlük verib. Sorğuda iştirak edənlərin 12,9 faizi islahatların bürokratik əngəllərin aradan qaldırılmasına gətirib çıxardığını vurğulayıb, respondentlərin 18,8 faizi isə suala "bilmirəm" cavabı verib", - məlumatda qeyd edilir.

Sorğunun nəticələri onu vurğulamağa əsas verir ki, respondentlərin 80 faizindən çoxu ölkəmizdə həyata keçirilən pensiya islahatları ilə yaxından maraqlanır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti