...

Azərbaycanın cənub rayonunda 1yaşadək körpə ölümü azalıb

Cəmiyyət Materials 17 İyul 2009 12:48 (UTC +04:00)

Azərbaycan, Lənkəran ,17 iyul / Trend , müxbir P. Əliyeva/  

Azərbaycanın cənubunda yerləşən Lənkəranda cari ilin 6 ayında 1717 doğuş qeydə alınıb. Bu barədə Tend News-a cümə günü Rayon Mərkəzi Xəstəxanası baş həkiminin müavini Əbulfət Məmmədov məlumat verib.
Onun bildirdiyinə görə, bunlardan 189-u keyseriyyə əməliyyatı ilə doğulub. Dünyaya gələn uşaqların 12-i ölü doğulub. Ötən  ilin müvafiq dövründə dünyaya gələn 1479 körpənin 9-u ölü doğulub. Ölü uşaq doğuşlarının səbəbi kimi bətndaxili toksiki infeksiyalar göstərilir.
Birinci yarımildə 1 yaşadək körpə ölümü ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 nəfər azalaraq 5 nəfər təşkil edib. Ötən  ilin 6 ayında 1-5 yaşadək körpə ölümü iki nəfər olub.

Xəbər lenti

Xəbər lenti