...

Azərbaycanın Mətbuat Şurası "reket qəzetlər"in növbəti siyahısını açıqlayıb

Cəmiyyət Materials 29 İyul 2009 16:01 (UTC +04:00)
"Bu qəzetlər jurnalistika davranışı qaydalarını mütəmadi pozduqlarına, tənqid obyektlərinin fikirlərinin dərcinə önəm vermədiklərinə, şəxsi həyatın toxunulmazlığı prinsipinə laqeyd yanaşdıqlarına, qəzet səhifələrində insanların şərəf və ləyaqətini alçaltdıqlarına görə bu siyahıya daxil ediliblər", - çərşənbə günü Trend News-a Mətbuat Şurasından bildirilib.
Azərbaycanın Mətbuat Şurası "reket qəzetlər"in növbəti siyahısını açıqlayıb

Azərbaycan, Bakı, 29 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın Mətbuat Şurası "reket qəzetlər"in növbəti siyahısını açıqlayıb.

"Bu qəzetlər jurnalistika davranışı qaydalarını mütəmadi pozduqlarına, tənqid obyektlərinin fikirlərinin dərcinə önəm vermədiklərinə, şəxsi həyatın toxunulmazlığı prinsipinə laqeyd yanaşdıqlarına, qəzet səhifələrində insanların şərəf və ləyaqətini alçaltdıqlarına görə bu siyahıya daxil ediliblər", - çərşənbə günü Trend -a Mətbuat Şurasından bildirilib.

Trеnd Nеws-un аrаyışı: Azərbaycanda 3300-dən çох kütləvi infоrmаsyiа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 20-dən çox tеlеkаnаl fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Şuranın "qara siyahısı"na düşən mətbu nəşrlər bunlardır:

"Böyük Naxçıvan", "Dəryaz", "Gündəm", "Ədalət uğrunda", "Media Azərbaycan", "Yeni dövr", "Azərbaycan gəncliyi", "Jurnalist və qanun", "Vətən andı", "Ailə", "İdeal Azərbaycan", "Vətəndaş hüququ", "İdeal", "Xüsusi təhqiqat", "Turan", "Aydın Azərbaycan", "Naxçıvan press", "Azad press", "Avrotayms", "Kadr və tərəqqi", "Radikal", "Azadlıq və zaman", "Kriminal aləm", "Fakt", "Fakt-fakt", "Müstəqil dövlət", "Müasir Naxçıvan", "Nurlu səhər", "Azərbaycan yolu", "Dünyaya Qarabağ harayı", "Həftə sonu", "Xalq vəkili", "Regionun səsi", "Yeni Azərbaycan dünyası", "Molla Nəsrəddin", "Xronika", "Həqiqət naminə", "Qərbi Azərbaycan naminə", "Bizim respubika", "Azərbaycan övladı", "Bakı press", "Gün", "Dövlət hüququ", "Naxçıvanın səsi", "Yeni olay", "Mayak", "Jurnalist P.S.", "İstintaq", "Açıq fikir", "Yeni Azərbaycan bələdiyyəsi", "Qulp", "Dövlət qanunları", "Həqiqət və reallıq", "Azərbaycan regionları", "7 gün +", "Parlamentin sədası", "Nota", "Bizim lider", "Müfəttiş", "Xalq nəzarəti +", "Qanun və gerçəklik", "Maliyyə nəzarəti", Doğma respublika", "Reallıq", "Media və qanun", "Press inform", "Korrupsiya və cəmiyyət", "Qanun və mühakimə", "Günəşli Azərbaycan", "Mühakimə", "Presedent", "İrəvan press", "İynə", "Gün xəbər", "Azərbaycan reallığı", "Respublika qanunları", "Azərbaycan Parlamenti", "Qanun çərçivəsi", "Pressinq" və "Son olay".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti