...

Azərbaycanın şimal-qərbində aparılmış arxeoloji ekspedisiya zamanı yeni tarixi nümunələr aşkarlanıb

Cəmiyyət Materials 31 İyul 2009 14:09 (UTC +04:00)
Tarix elmləri doktoru Qafar Cəbiyevin cümə günü Trend News-a bildirdiyinə görə, ekspedisiyanın orta əsrlər dəstəsi Qalanın cənub-qərb hissəsində, 600 kvadrat metrlik sahədə Qəbələnin (paytaxt Bakıdan 220 kilometr şimal-qərbdə yerləşir) XII-XV əsrlər tarixinə aid yaşayış binaları, istehsalat ocaqları öyrənilib, şəhərin təsərrüfat və mədəni həyatına dair zəngin maddi-mədəniyyət nümunələri aşkara çıxarılıb. "Tədqiqatlar zamanı əldə olunan və üzərində ərəb və fars dillərində yazısı olan çoxsaylı saxsı qab nümunələri xüsusilə mühüm elmi maraq doğurub. Qəbələ əhalisinin məişətində geniş istifadə edilən və yerli istehsal məhsulu olan bu cür nümunələr XII-XV əsrlərdə Azərbaycanda hətta dulusçu ustaların belə mükəmməl yazı mədəniyyətinə malik olduğunundan xəbər verir. Arxeoloji axtarışlar zamanı aşkar edilmiş pullar, saxsı, farfor və seladon qab nümunələri, habelə çoxsaylı nadir bəzək əşyaları Qəbələnin orta əsrlərdə İran, Çin və digər Şərq ölkələri ilə intensiv ticarət və mədəni əlaqələri olduğuna dəlalət edir", - Cəbiyev bildirib.
Azərbaycanın şimal-qərbində aparılmış arxeoloji ekspedisiya zamanı yeni tarixi nümunələr aşkarlanıb

Azərbaycan, Bakı, 31 iyul / Trend , müxbir C.Babayeva /

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Qəbələ arxeoloji ekspedisiyası bu ilin çöl-tədqiqat işlərini yekunlaşdırıb. İlk dəfədir ki, beynəlxalq tərkibdə fəaliyyət göstərən ekspedisiya şəhərin ayrı-ayrı yerlərində genişmiqyaslı tədqiqatlar aparıb. Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının maliyyə köməkliyi ilə fəaliyyət göstərən ekspedisiyanın birinci dəstəsi AMEA-nın müxbir üzvü İlyas Babayevin rəhbərliyi ilə antik şəhər yerində, tarix elmləri doktoru Qafar Cəbiyevin rəhbərlik etdiyi orta əsrlər dəstəsi Qala ərazisində, Koreyadan olan arxeoloqlar qrupu isə şəhərin Səlbir adlanan ərazisində arxeoloji qazıntı işləri aparıb.

Tarix elmləri doktoru Qafar Cəbiyevin cümə günü Trend -a bildirdiyinə görə, ekspedisiyanın orta əsrlər dəstəsi Qalanın cənub-qərb hissəsində, 600 kvadrat metrlik sahədə Qəbələnin (paytaxt Bakıdan 220 kilometr şimal-qərbdə yerləşir) XII-XV əsrlər tarixinə aid yaşayış binaları, istehsalat ocaqları öyrənilib, şəhərin təsərrüfat və mədəni həyatına dair zəngin maddi- mədəniyyət nümunələri aşkara çıxarılıb. "Tədqiqatlar zamanı əldə olunan və üzərində ərəb və fars dillərində yazısı olan çoxsaylı saxsı qab nümunələri, xüsusilə mühüm elmi maraq doğurub. Qəbələ əhalisinin məişətində geniş istifadə edilən və yerli istehsal məhsulu olan bu cür nümunələr XII-XV əsrlərdə Azərbaycanda hətta dulusçu ustaların belə mükəmməl yazı mədəniyyətinə malik olduğunundan xəbər verir. Arxeoloji axtarışlar zamanı aşkar edilmiş pullar, saxsı, farfor və seladon qab nümunələri, habelə çoxsaylı nadir bəzək əşyaları Qəbələnin orta əsrlərdə İran, Çin və digər Şərq ölkələri ilə intensiv ticarət və mədəni əlaqələri olduğuna dəlalət edir", Cəbiyev bildirib.

O, çöl tədqiqat işləri zamanı, həmçinin, Qəbələ-Mirzəbəyli yolunun kənarında şəhər əhalisinin içməli su təchizatına xidmət edən baş su kəmərinin qalıqlarının aşkara çıxarıldığını deyib. "Həmin kəmərdən bir qədər aralıda isə şəhərin Qala hissəsinin su təchizatı üçün nəzərdə tutulan tunel-kəmər aşkar edilərək tədqiq olunub. Mütəxəssislərin hesablamalrına görə, saxsı borularla çəkilən bu kəmərlərin hər biri ilə sutka ərzində şəhərə təqribən 350-360 kubmetr su ötürülmüşdür", - Cəbiyev bildirib.

Onun sözlərinə görə, Qala ərazisində aşkar edilərək tədqiq olunan və şəhərin ilkin müdafiə sisteminin qalıqları olduğu güman edilən möhtəşəm tikinti qalıqları, habelə antik dövrə aid çoxsaylı iri küp və kirəmit nümunələri də ekspedisiyanın ciddi elmi uğuru kimi dəyərləndirilə bilər. "Bu tapıntılar eradan əvvəl I və bizim eranın I əsrindən başlayaraq XVIII əsrədək Qəbələ şəhərinin Qala hissəsində intensiv şəhər həyatı olduğundan xəbər verir", - tarix elmləri doktoru bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti