Azərbaycan, Bakı, 06 avqust / Trend , muxbir K.Zərbalıyeva /
Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının (GAMA) sədri 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bakının Səbail rayon məhkəməsindən cümə axşamı Trend -a verilən məlumata görə, Assambleyanın sədri Daşqın Gülməmmədov dələduzluq (178.2.1, 178.2.2, 178.2.4) və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə (310) maddələri ilə ittiham olunub. Məhkəmədən bildirilib ki, Gülməmmədov hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. GAMA-nın rəhbəri bu ilin martında Bakıda saxlanılıb, barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Gürcüstan Azərbaycanlıları Milli Assambleyası 2001-ci ildə yaradılıb. GAMA Gürcüstan iqtidarına qarşı müxalifətdə olan ictimai-siyasi təşkilatdır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]