...

Azərbaycan məhkəməsi dələduzluğa görə məhkum olunmuş baş redaktorun cəzasını ağırlaşdırıb

Cəmiyyət Materials 7 Avqust 2009 15:16 (UTC +04:00)
Məhkəmə baş redaktorun cəzasını 1 il artıraraq, onun barəsində 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.
Azərbaycan məhkəməsi dələduzluğa görə məhkum olunmuş baş redaktorun cəzasını ağırlaşdırıb

Azərbaycan, Bakı, 07 avqust / Trend , muxbir H.Bağırov /

"Naxçıvan Press" qəzetinin dələduzluğa görə məhkum olunmuş baş redaktorunun barəsində çıxarılan cəza ağırlaşdırılıb.

Trend -un məlumatına görə, cümə günü Bakı Apellyasiya Məhkəməsində baş redaktor Sevinc Oruc qızı Gözəlovanın barəsində Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkmənin çıxardığı hökmdən Baş Prokurorluğun verdiyi apellyasiya protestinə baxılıb. Apellyasiya protesti qismən təmin edilib. Məhkəmə Gözəlovanın cəzasını 1 il artıraraq, onun barəsində 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.

Baş redaktor Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq etmək) maddəsi ilə ittiham olunub.
Gözəlova ötən ilin sentyabrında Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. O, 34 nəfər vətəndaşın etibarından sui-istifadə edərək, onların pullarını və qızıllarını mənimsəyib. Məhkəmənin hökmü ilə Gözəlova 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.


Məqalə müəllifi ilə əlaq ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti