Azərbaycan, Bakı, 25 avqust / Trend , muxbir F.Hüseynli /
Azərbaycanlı hakim Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb.
Azərbaycan Futbol Federasiyaları Assosasiyasının (AFFA) mətbuat xidmətindən çərşənbə axşamı Trend -a bildiriblər ki, FİFA referisi Venera Muradova 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin oktyabrın 23-dən 30-dək Serbiyada keçiriləcək 10-cu qrupunun oyunlarında ədalət prinsiplərini qoruyacaq. Bu qrupda mübarizə aparacaq komandalar Serbiya, Rusiya, İspaniya və Ermənistandır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]