...

Əfqanıstan Prezidenti Quantanamo həbsxanasından buraxılmış gənc məhbusla görüşüb

Cəmiyyət Materials 27 Avqust 2009 14:08 (UTC +04:00)

Əfqanıstan Prezidenti Hamid Kərzai Quantanamo həbsxanasından azadlığa buraxılmış gənc məhbus Məhəmməd Cavadla görüşüb. Bu barədə TREND NEWS Əfqanıstanın Prezident Aparatının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Cavad 7 il öncə 12 yaşında Əfqanıstanda iki Amerika vətəndaşını və bir əfqanlını yaralamaqda ittiham olunaraq həbs olunub. Koalisiya qüvvələr tərəfindən həbs olunun yeniyetmə cəzasını Quantanamo həbsxanasında çəkib. Cavad azadlığa buraxıldıqdan sonra bazar ertəsi Əfqanıstana qayıdıb.

Əfqanıstan Prezidenti görüşdə Cavadın azadlığa buraxılaraq ölkəyə qayıtmasını humanist addım kimi dəyərləndirərək, səlahiyyətli orqanlara Cavadın və onun ailəsinin problemlərinin həlli üçün göstərişlər verib.

Xəbər lenti

Xəbər lenti