Azərbaycan, Bakı, 28 avqust / Trend , müxbir A.Hüseynbala /
Azərbaycan həqiqətləri ilə bağlı broşura Türkiyədə çap olunub.
"Türkiyənin turizm bölgələrindən biri olan Alaniyada türk, ingilis, rus, alman və fransız diilərində çapdan çıxan broşurada xarici turistlər üçün Azərbaycan həqiqətləri nəzərdə tutulub", - cümə günü Trend -a Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı bildirib.
Eyvazlının sözlərinə görə, broruşurada Şərqdə ilk demokratik respublika olan Azərbaycanın zaman-zaman qarşılaşdığı müsibətlər öz əksini tapıb. "Broşuarada Azərbaycanın 1918-ci ildə ilk dəfə müstəqilliyini qazanması, sovet imperiyası tərəfindən bu müstəqilliyin qəsb edildiyi, 1991-ci ildə müstəqilliyini yenidən bərpa etməsi və bu dəfə qonşusu Ermənistan tərəfindən torpaqlarının 20 faizinin işgal olunması, uşaqların, qocaların, anaların qətlə yetirilməsi göstərilir", - birlik sədri əlavə edib.
Broşura, Alaniya və Antalyanın turizm bölgələrində, insanların ən çox yaşadıqları və alış-veriş etdikləri yerlərdə həm əldə yayımlanır, həm də Alaniya Qəzetçilər Cəmiyyətinin təşkilatçılıgı ilə otellərdə turistlər arasında paylanılır.
Azərbaycan Parlament Jurnalistləri Birliyinin təşəbbüsü və təşkilatçılıgı ilə hazırlanmış broşura Alaniya Qəzetçilər Cəmiyyətinin, Milli Məclisin deputatları Çingiz Əsədullayev və Əkrəm Abdullayevin dəstəyi ilə çap olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]