Türkiyə xarici işlər naziri Ahmet Davudoğlu Ankaraya rəsmi səfərə gələn NATO baş katibi Andreas Foq Rasmusseni qəbul edib. Bu haqda Türkiyənin CİHAN informasiya agentliyi məlumat verib.
XİN rəhbəri və NATO baş katibi bağlı qapılar arxasında görüşüblər. Bu gün Rasmussenin Türkiyənin müdafiə naziri Vecdi Gönül və Türkiyə Ordusunun Baş Qərargah rəisi İlker Başbuğ ilə görüşəcəyi də gözlənilir.