...

Türkiyədə heç kim kürd probleminin həllinin əleyhinə deyil - Türkiyənin daxili işlər naziri

Cəmiyyət Materials 31 Avqust 2009 13:49 (UTC +04:00)
Türkiyənin daxili işlər naziri Bəşir Atalay keçirdiyi mətbuat konfransında Türkiyə ictimaiyyətinin ölkədə mövcüd olan kürd probleminin həllinin tərəfdarı olduğunu bildirib.
Türkiyədə heç kim kürd probleminin həllinin əleyhinə deyil - Türkiyənin daxili işlər naziri

Türkiyənin daxili işlər naziri Bəşir Atalay keçirdiyi mətbuat konfransında Türkiyə ictimaiyyətinin ölkədə mövcüd olan kürd probleminin həllinin tərəfdarı olduğunu bildirib.

Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib.

" Türkiyədə heç kim kürd probleminin həllinin əleyhinə deyil", - deyə Atalay bildirib.

Trend -un arayışı: Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının keçirdiyi toplantıda Türkiyənin nə olursa olsun ölkədə mövcud olan kürd problemini həll edəcəyini bildirib. Baş nazir bundan əvvəl bu problemin həlli üçün kürdyönlü Demokratik Toplum Partiyasının (DTP) lideri Əhməd Türk ilə görüşüb. Baş nazir bu görüşün müsbət keçdiyini və tez bir zamanda ölkədə mövcud olan kürd probleminin həllininin tezləşəcəyini bildirib. DTP lideri Türk də bu görüşün ikitərəfli dialoqun yaranması üçün başlanğıc olduğunu bildirib. Türkiyə ana müxalifətinin lideri Dəniz Baykal isə bu görüşü hakimiyyətin terroru dəstəkləyənlərlə görüşü kimi dəyərləndirib və bu planın ABŞ-ın diktəsi ilə həyata keçirildiyini bildirib. Avqustun 13-də Türkiyənin daxili işlər naziri Bəşir Atalay da DTP lideri Türk ilə görüşüb. Ölkə Prezidenti Abdulla Gül də bu problemin tez bir zamanda həll edilməsinin vacibliyini bildirib.

DİN rəsmisi onu da qeyd edib ki, hakimiyyət bu məsələdə ölkədə olan bütün qrupların və siyasi qurumların rəyini nəzərə alıb.

"Kürd probleminin həlli bu ölkənin parçalanması ilə nəticələnə bilməz. Hökumətin bu addımı milli birlik üçün vacibdir", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti