Azərbaycan, Bakı, 04 sentyabr / Trend , müxbir C.Babayeva /
Prezident təqaüdünə 102 azərbaycanlı tələbə iddia edir, bu barədə cümə günü jurnalistlərə Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə əsasən, iddiaçıları siyahısı ölkə rəhbərliyinə təqdim edilib. "Sentyabrın 15-nə kimi prezident təqaüdü alacaq tələbələrin adları məlum olacaq", - Abbaszadə bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan ali məktəblərinin tələbələri üçün Prezident təqaüdünün artırılması haqqında" fərmanına əsasən, ötən il ali məktəblərə qəbul zamanı ən yüksək bal toplayan tələbələr üçün Prezident təqaüdü 50 faiz artırılaraq 150 manata çatıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]