...

Azərbaycan yığmasının Finladiya ilə oyuna cəlb etdiyi müdafiəçi sonradan heyətdən uzaqlaşdırılıb

Cəmiyyət Materials 4 Sentyabr 2009 15:35 (UTC +04:00)
Azərbaycan yığmasının Finladiya ilə oyuna cəlb etdiyi müdafiəçi sonradan heyətdən uzaqlaşdırılıb

Azərbaycan, Bakı, 04 sentyabr / Trend , müxbir F.Hüseynli /

Azərbaycan yığmasının Finladiya ilə oyuna cəlb etdiyi müdafiəçi sonradan heyətdən uzaqlaşdırılıb.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətindən cümə günü Trend -a bildiriblər ki, sabah Lənkəran şəhər stadionunda Finlandiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin müdafiəçisi Aqil Nəbiyev zədə səbəbindən komandanın heyətindən çıxarılıb.

DÇ-2010-un seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Lənkəran şəhər stadionunda millimizlə qarşılaşacaq Finlandiya yığması Azərbaycana bugün gəlib. Azərbaycan yığması keçirdiyi qrup mərhələsində cəmi bir xal toplayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti