Azərbaycanda həbs olunmuş gənclər barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət təmin olunmayıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 4 Sentyabr 2009 18:17 (UTC +04:00)
Azərbaycanda həbs olunmuş gənclərin işi ilə bağlı məhkəmənin hazırlıq iclası keçirilib.
Azərbaycanda həbs olunmuş gənclər barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət təmin olunmayıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 04 sentyabr / Trend , müxbir K.Zərbalıyeva /

Red. əlavəsi: Sonuncu abzasa əlavə olunub.

Azərbaycanda həbs olunmuş gənclərin işi ilə bağlı məhkəmənin hazırlıq iclası keçirilib.

Təqsirləndirilən Adnan Hacızadə və Emin Millinin (Abdullayev) vəkillərinin prosesin Səbail rayon məhkəməsinin daha geniş zalında keçirilməsi, video və fotoçəkilişlərin aparılması ilə bağlı vəsatətləri təmin olunmayıb.

Trend -un arayışı: Rəsmi məlumata görə, 2009-cu il iyulun 9-da, saat 18.00 radələrində içkili vəziyyətdə olan Adnan Hacızadə, habelə Emin Milli (Abdullayev) və daha beş nəfər "Lebonese" restoran-barında ucadan etik normadan kənar nalayiq ifadələr işlətdiklərinə görə, onlara irad tutan vətəndaşlar Vüsal Məmmədov və Babək Hüseynova qarşı heç bir əsaslı səbəb olmadan fiziki zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətlərinə yol veriblər.

Onlar xuliqanlıqda (221) və qəsdən sağlamlığa az ağır zərər vurmaqda (127) ittiham olunurlar. Gənclər ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

Hacızadənin vəkili İsaxan Aşurov ibtidai istintaq zamanı həbs olunan şəxslərin müdafiə hüququnun kobud şəkildə pozulmasını əsas gətirərək, cinayət işinin materiallarına xitam verilməsi və işin yenidən prokurorluğa qaytarılması barədə vəsatət qaldırıb. Vəkil deyib ki, istintaqı aparan Səbail rayon Polis İdarəsinin müstəntiqi Ziya Əliyev və rayon prokuroru Şirxan Adıgözəlov barəsində xüsusi qərar çıxarılmasını da tələb edib. Lakin bu vəsatət də təmin olunmayıb.

Təqsirləndirilənlərin vəkilləri hər iki şəxs barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı da vəsatət qaldırıblar və hakimlər bununla bağlı müşavirəyə gediblər.

Hakimlərin müşavirəsindən sonra təqsirləndirilən gənclərin vəkillərinin hər iki şəxs barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti təmin olunmayıb.

Hacızadə və Milli ilə bağlı məhkəmənin ilk iclasının sentyabrın 16-da keçirilməsi qərara alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti