...

Avropanın mədəniyyət paytaxtı Azərbaycanın Sumqayıt şəhəri ilə əlaqələrin genişləndirilməsində maraqlıdır

Cəmiyyət Materials 5 Sentyabr 2009 11:30 (UTC +04:00)
Avropanın mədəniyyət paytaxtı Sumqayıt şəhəri ilə əlaqələrin genişləndirilməsində maraqlıdır. Trend News-un məlumatına görə, bu fikir Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyevin 2009-cu ildə Avropanın Mədəniyyət Paytaxtı elan olunmuş Lins şəhərinin meri Frans Dobuşla görüşündə səslənib.
Avropanın mədəniyyət paytaxtı Azərbaycanın Sumqayıt şəhəri ilə əlaqələrin genişləndirilməsində maraqlıdır

Azərbaycan, Bakı, 05 sentyabr / Trend , müxbir K.Zərbalıyeva /

Avropanın mədəniyyət paytaxtı Sumqayıt şəhəri ilə əlaqələrin genişləndirilməsində maraqlıdır. Trend -un məlumatına görə, bu fikir Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyevin 2009-cu ildə Avropanın Mədəniyyət Paytaxtı elan olunmuş Lins şəhərinin meri Frans Dobuşla görüşündə səslənib.

Avstriyanın Yuxarı Avstriya federal əyalətinin paytaxtı Lins şəhərinin meri Dobuşun rəsmi dəvəti ilə Sumqayıt şəhər icra hakimi Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkədə səfərdə olub.

Əliyev Azərbaycanda, o cümlədən Sumqayıt şəhərində xarici sahibkarlar üçün əlverişli biznes mühitinin mövcud olduğunu bildirərək, iqtisadi palatanın üzvlərini ölkəmizə sərmayə yatırmağa dəvət edib.

Lins meriyasında şəhər meri Dobuş tərəfindən qəbul edilən nümayəndə heyəti iki şəhər arasında qarşılıqlı əməkdaşlığın perspektivlərini müzakirə edib.

Sumqayıtın da Lins kimi sənaye şəhəri olduğunu, hər iki şəhərdə neft-kimya, metallurgiya sənayesinin aparıcı sahə olduğunu qeyd edən Əliyev iqtisadi sahə ilə yanaşı, kommunal təsərrüfat, təhsil sahələrində də əməkdaşlıq üçün böyük potensial olduğunu vurğulayıb. Tərəflər xüsusilə mədəniyyət sahəsində təcrübə mübadiləsinin aparılması və incəsənət xadimlərinin qarşılıqlı səfərlərinin təskili barədə razılığa gəliblər.

Şəhər meri növbəti addım kimi böyük nümayəndə heyəti ilə Sumqayıt şəhərinə səfər etmək istəyində olduğunu qeyd edib.

Gün ərzində nümayəndə heyəti kommunal sahədə ixtisaslaşmış "Linz AG", tullantıların kompleks idarə edilməsi müəssisəsi olan "AVE", şpal və dəmiryol üçün beton konstruksiyalar istehsal edən "SSL Linz GmbH" müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olub, həmçinin "ARS Electronica" kompüter qrafikası üzrə beynəlxalq festivalın qaliblərinin mükafatlandırılması mərasimində iştirak edib.

Sentyabrın 6-da başa çatacaq rəsmi səfər Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti