...

Azərbaycanda təxminən 600 məktəb dərslərin keçirilməsi üçün yararlı deyil - nazir

Cəmiyyət Materials 5 Sentyabr 2009 13:23 (UTC +04:00)
Azərbaycanda təxminən 600 məktəb dərslərin keçirilməsi üçün yararlı vəziyyətdə deyil. Bu barədə şənbə günü jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.
Azərbaycanda təxminən 600 məktəb dərslərin keçirilməsi üçün yararlı deyil - nazir

Azərbaycan, Bakı, 05 sentyabr / Trend , müxbir C.Babayeva /

Azərbaycanda təxminən 600 məktəb dərslərin keçirilməsi üçün yararlı vəziyyətdə deyil. Bu barədə şənbə günü jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.

O bildirib ki, prezidentin bununla əlaqədar olaraq xüsusi sərəncamı mövcuddur. "Təhsil Nazirliyi və digər təhsil müəssisələri məktəblərin təmiri üzrə müvafiq proqram üzərində işləyirlər", - Mərdanov deyib.

Nazir növbəti ildə təhsil sahəsinə ayrılan investisiyanın artırılacağına və yaxın bir neçə il ərzində problemin tamamilə həll olunacağına ümid etdiyini bildirib.

Azərbaycanda tədris ili sentyabrın 15-də başlayır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti