Azərbaycan, Bakı, 09 sentyabr / Trend , müxbir C.Babayeva /
Azərbaycanda peşə təhsillilərin işlə təminat faizi ali təhsillərlə müqayisədə yüksəkdir.
"Artıq cəmiyyətdə peşə təhsilinə münasibət dəyişib. Elə peşə məktəbləri var ki, qəbul zamanı bir yerə beş nəfər ərizə verir. Ölkədə peşə təhsillilərin işlə təminat faizi yüksəkdir və onlar daha çox regionlarda işlə təmin olunurlar", - Trend -un məlumatına görə, çərşənbə günü jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.
Nazirin sözlərinə görə, bəzi peşə təhsili məktəbləri üçün tələbə qəbul qaydaları müəyyənləşdirilib. "Qəbul olunmuş qaydalar yalnız tələbə qəbulu zamanı çox müraciət daxil olan peşə təhsili məktəbləri üçün nəzərdə tutulub. Dövlət başçısı Təhsil Nzirliyinə peşə təhsili sahəsinin inkişaf etdirilməsində Almaniya təcrübəsinin tətbiq olunması ilə bağlı göstəriş verib. İlk dəfə olaraq bu il peşə təhsili məktəbləri üçün səkkiz adda yeni dərslik çap etdirilib", - Mərdanov bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]