...

Azərbaycan polisi "Bilik günü"ndə gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Cəmiyyət Materials 14 Sentyabr 2009 11:23 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bazar ertəsi Trend News-a bildirib ki, polis əməkdaşları bütün respublika ərazisindəki ali və orta təhsil müəssisələrində "Bilik günü" münasibətilə keçiriləcək tədbirlərdə təhlükəsizliyi və asayişi təmin etmək məqsədilə fəaliyyətlərini gücləndirəcək.
Azərbaycan polisi "Bilik günü"ndə gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Azərbaycan, Bakı,14 sentyabr / Trend , muxbir K.Zərbalıyeva /

Azərbaycanda yeni tədris ilinin başlaması münasibətilə polis gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bazar ertəsi Trend -a bildirib ki, polis əməkdaşları bütün respublika ərazisindəki ali və orta təhsil müəssisələrində "Bilik günü" münasibətilə keçiriləcək tədbirlərdə təhlükəsizliyi və asayişi təmin etmək məqsədilə fəaliyyətlərini gücləndirəcək.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi isə sentyabrın 10-dan oktyabrın 10-dək respublikada "Diqqət, uşaqlar!" devizi ilə təhlükəsizlik aylığı elan edib.

Azərbaycan Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli sərəncamına əsasən, ölkədə dərs ili sentyabrın 15-də başlayır.

Azərbaycanda 170 min müəllimin çalışdığı 4525 orta ümumtəhsil məktəb fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti