Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan keçirdiyi mətbuat konfransında Türkiyədə türk ordusunun PKK terror təşkilatına qarşı bundan sonra da əməliyyatları davam etdirəcəyini bildirib. Bu haqda Türkiyənin ANADOLU informasiya agentliyi məlumat verib.
"Bir çoxları bizdən anti-terror əməliyyatları dayandırmağı tələb edir. Terror olmasa, anti-terror əməliyyatı da olmaz", - deyə Ərdoğan bildirib. Baş nazir onu da qeyd edib ki, bəzi siyasi qüvvətlər terrorun nəticələrindən öz siyasi məqsədləri üçün istifadə edirlər.