...

Azərbaycan FİFA-ya göndərəcəyi futbol hakimlərinin siyahısını müəyyənləşdirib

Cəmiyyət Materials 24 Sentyabr 2009 11:30 (UTC +04:00)
Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov cümə axşamı Trend News-a bildirib ki, cəzalı Babək Quliyevi FİFA referisi kimi 29 yaşlı Anar Salmanov əvəzləyəcək. FİFA hakimlərinə digər namizədlər əvvəlkilərdən 39 yaşlı Vüsal Əliyev və 37 yaşlı Fariz Yusifovdur.
Azərbaycan  FİFA-ya göndərəcəyi futbol hakimlərinin siyahısını müəyyənləşdirib

Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir F.Huseynli /

AFFA beynəlxalq dərəcəli hakimlərlə bağlı FİFA-ya göndərəcəyi siyahını müəyyənləşdirib.

Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov cümə axşamı Trend -a bildirib ki, cəzalı Babək Quliyevi FİFA referisi kimi 29 yaşlı Anar Salmanov əvəzləyəcək. FİFA hakimlərinə digər namizədlər əvvəlkilərdən 39 yaşlı Vüsal Əliyev və 37 yaşlı Fariz Yusifovdur.

FİFA hakim-köməkçiləri ilə bağlı siyahıda dəyişiklik daha çoxdur. 6 laynsmandan yarısı yeni adlardır.

Bunlar Vaqif Musayev, Mübariz Haşımov və Samir Hacıyevdir. "FİFA adları təsdiqlənmək üçün göndərilən hakimlərin yaxşı fiziki göstəricilərə malik, ucaboylu olmasına da diqqət yetirir", - Məmmədov deyib.

Elman Musayev (1970), Mehman Mahmudov (1975) və Orxan Məmmədov (1985) FİFA hakim köməkçiləri kimi qalır.

Məmmədov futzal və çimərlik futbolunda yeni adların olmadığını söyləyib. Çimərlik futbolunda yeganə təmsilçimiz olan Əfqan Həmzəyev, futzalda isə Elçin Səmədli ilə Elçin Məmmədovun adının FİFA-ya göndərilməsi nəzərdə tutulub. Babək Quliyev kimi cəzalanan 33 yaşlı futzal üzrə FİFA referisi Anar Niyazovun da adı siyahıdan kənarda qalıb.

Qadın FİFA hakimləri ilə bağlı siyahıda isə Səbayel Qurbanova, Venera Muradova FİFA hakimi, Ülviyyə Mustafayeva ilə Maya Nəbiyeva FİFA hakim-köməkçiləri kimi namizədlərdir.

AFFA-nın baş katibi Elxan Məmmədovun təsdiqlədiyi namizədlərlə bağlı siyahını FİFA-ya təqdim etmək üçün son müddət sabahdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti