...

Azərbaycanın gənclər və idman naziri Beynəlxalq Olimpiya Komitəsinin sessiyasında iştirak edəcək

Cəmiyyət Materials 30 Sentyabr 2009 11:48 (UTC +04:00)
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov 1-9 oktyabr tarixində Kopenhagendə keçiriləcək Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 121-ci sessiyası və XIII Olimpiya Konqresində iştirak edəcək.
Azərbaycanın gənclər və idman naziri Beynəlxalq Olimpiya Komitəsinin sessiyasında iştirak edəcək

Azərbaycan, Bakı, 30 sentyabr / Trend , müxbir C.Babayeva/

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov 1-9 oktyabr tarixində Kopenhagendə keçiriləcək Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 121-ci sessiyası və XIII Olimpiya Konqresində iştirak edəcək.

BOK-un sessiyasında 2016-cı il üçün XXXI Olimpiya Oyunlarına ev sahibliyi edəcək namizəd şəhərlər təqdim ediləcək, seçiləcək və BOK-un prezidenti tərəfindən qalib şəhər elan olunacaq. Bu barədə Gənclər və İdman Nazirliyinin çərşənbə günü yaydığı məlumatda bildirilib.

XIII Olimpiya Konqresində idmançılar, federasiyalar və Milli Olimpiya Komitələri arasında münasibətlər, məşqlərdə və yarışlarda sağlamlığın qorunması, Olimpiya Hərəkatının strukturu, muxtariyyəti, idmanın daha səriştəli idarə olunması və idmanda etika, gənclər idman tədbirləri və bir sıra mövzular barədə müzakirələr planlaşdırılır.

Tədbirdə dünyanın idman sahəsində məsul rəhbərləri toplaşacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti