Azərbaycan, Bakı,2 oktyabr / Trend , muxbir H.Bağırov/
Cəza çəkdiyi müəssisədə 100 manatlıq saxta əskinaslar hazırlayan məhkumun məhkəməsi yekunlaşıb.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən cümə günü Trend -un məlumatına görə, saxta əskinas hazırlamaq və satmaqda təqsirli bilinən Ramiz Hacıyevin cinayət işi üzrə hökm elan edilib.
Cinayət Məcəlləsinin külli miqdarda saxta pul və ya qiymətli kağızlar hazırlama və ya satma (204.3.2) maddəsi ilə ittiham olunan Hacıyev məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Ədliyyə Nazirliyinin 12 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində cəza çəkən Bakı şəhər sakini Ramiz Hacıyev saxta üsulla hazırlanan 995 ədəd 100 manatlıq əskinasları (99.500 saxta manat) 15.000 manata satarkən tutulub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]