Azərbaycan, Bakı, 09 oktyabr / Trend , müxbir A..Hüseynbala/
Azərbaycanın rəsmi qəzetlərindən birinin çapı dayanıb.
"Azərbaycan" nəşriyyatının rəhbərliyindəki şəxslərdən biri üç gün öncə kağızımız olmadığı üçün qəzetin çapına icazə verməyib", - cümə günü Trend -a "Respublika" qəzetinin baş redaktoru Teymur Əhmədov bildirib.
Trеnd Nеws-un аrаyışı: "Respublika" qəzeti 1990-cı ildə Nazirlər Kabinetinin mətbu orqanı kimi yaradılıb. Qəzet həftədə 6 dəfə (bazar ertəsindən başqa hər gün) A:2 formatda nəşr olunur. 1995-ci il oktyabrın 9-dan qəzetə Teymur Əhmədov baş redaktorluq edir. Qəzetin 8 və 9 oktyabr sayları kağız olmaması səbəbindən çap edilməyib.
Əhmədovun sözlərinə görə, kağız qıtlığının yaranmasına səbəb pulun olmamasıdır. "Qəzetin 7 minə yaxın abunəçisi var. Amma biz həmin pulları yayım firmalarından birdəfəlik ala bilmirik. Bu səbəbdən maliyyə problemi ilə üzləşir, kağız ala bilmirik", - baş redaktor əlavə edib.
Əhmədov deyib ki, problemin nə zaman həll olunacağı bəlli deyil. "Ümidimiz rəsmi qurumlaradır, biz problemi təkbaşına həll etmək gücündə deyilik", - Əhmədov vurğulayıb.
Azərbaycanda dörd minə yaxın kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KIV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]