...

Tehranda keçirilən Beynəlxalq mətbuat sərgisində Mehdi Kərrubiyə hücum cəhdi olub (FOTO)

Cəmiyyət Materials 23 Oktyabr 2009 17:28 (UTC +04:00)
Tehranda keçirilən XVI Beynəlxalq mətbuat və informasiya agentliklərinin festival-sərgisinə tamaşa etmək üçün gələn İran prezidentliyinə keçmiş namizəd Mehdi Kərrubi sərgidə görüş keçirib.
Tehranda keçirilən Beynəlxalq mətbuat sərgisində Mehdi Kərrubiyə hücum cəhdi olub (FOTO)

İran, Tehran, 23 oktyabr / Trend , müxbir T.Cəfərov/

Tehranda keçirilən XVI Beynəlxalq mətbuat və informasiya agentliklərinin festival-sərgisinə tamaşa etmək üçün gələn İran prezidentliyinə keçmiş namizəd Mehdi Kərrubi sərgidə görüş keçirib.

Sərgidə Kərrubini həm tərəfdarları, həm də ona müxalif olan qruplar qarşılayıb.

Eks-spikerin tərəfdarları Kərrubini coşqu ilə qarşılayaraq onun ünvanına və keçirilən seçkilərlə bağlı şüarlar səsləndiriblər. Kərrubi tərəfdarları "Diktatora ölüm", "Rusiyaya ölüm", Yaşasın "Musəvi və Kərrubi", "Bİz səni himayə edirik" kimi şüarlar səsləndiriblər.

Tehranda keçirilən Beynəlxalq mətbuat sərgisində Trend -u təmsil edən müxbirimizin oktyabrın 23-də verdiyi məlumata görə, bu şüarlara qarşı etiraz edən hazırkı Prezident Mahmud Əhmədinejadın tərəfdarları isə "Münafiqlərə ölüm olsun" deyə Kərrubini tənqid edən şüarlar səsləndiriblər. Nəticədə Kərrubi və Əhmədinejad tərəfdarları arasında münaqişə yaranıb. Əhmədinejadın tərəfdarları Kərrubiyə hücum etmək istəyiblər. Qarışıqlıq yaranıb, qarışılıq zamanı bir neçə sərgi pavilyonu dağıdılıb. Təhlükəsizlik əməkdaşlarının müdaxiləsi nəticəsində Kərrubi sərgi salonundan uzaqlaşdırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti