...

Naxçıvanda prokurorluq orqanlarına işə qəbul üzrə imtahanlar keçiriləcək

Cəmiyyət Materials 30 Oktyabr 2009 12:12 (UTC +04:00)
Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası oktyabrın 31-də Naxçıvanda prokurorluq orqanlarında vakant yerlərə imtahan keçirəcək, bu barədəTrend News-a çərşənbə axşamı TQDK-nın mətbuat xidmətindən bildirilib.
Naxçıvanda prokurorluq orqanlarına işə qəbul üzrə imtahanlar keçiriləcək

Azərbaycan, Bakı, 30 oktyabr / Trend , müxbir M.Əlieyev/

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası oktyabrın 31-də Naxçıvanda prokurorluq orqanlarında vakant yerlərə imtahan keçirəcək, bu barədə Trend -a çərşənbə axşamı TQDK-nın mətbuat xidmətindən bildirilib.

İmtahanlarda iştirak etmək üçün 62 namizəd qeydiyyatdan keçib, sənədlərin qəbulu aprelin 1-dən avqustun 1-nə kimi davam edib.

Test imtahanı üç saat davam edəcək, namizədlərə 100 sual təqdim ediləcək, onlardan 80-si hüququn müxtəlif sahələrinə aid olacaq, 20-si isə məntiqi suallar olacaq. Hüquq üzrə suallar bir bal, məntiq üzrə isə 0,5 bal qiymətləndirilir. Növbəti tura 60 və daha çox bal toplayan namizədlər keçəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti