...

İslam adı altında fəaliyyət göstərən ifratçı qüvvələri ABŞ yaradıb - Əhmədinejadın müşaviri

Cəmiyyət Materials 6 Noyabr 2009 13:45 (UTC +04:00)
İran Prezidentinin müşaviri bildirib ki, İranın Bəluçistan əyalətində fəaliyyət gösətərən Cundollah şəbəkəsi, Taliban və Əl-Qaidə daxil olmaqla, islam dini adı altında fəaliyyət göstərən bütün radikal qüvvələr kimi "istismarçı ABŞ imperializmi" tərəfindən yaradılıb.
İslam adı altında fəaliyyət göstərən ifratçı qüvvələri ABŞ yaradıb - Əhmədinejadın müşaviri

Azərbaycan, Bakı, 06 noyabr/ Trend , müxbir D.Xatınoğlu/

İran Prezidentinin müşaviri bildirib ki, İranın Bəluçistan əyalətində fəaliyyət gösətərən Cundollah şəbəkəsi, Taliban və Əl-Qaidə daxil olmaqla, islam dini adı altında fəaliyyət göstərən bütün radikal qüvvələr kimi "istismarçı ABŞ imperializmi" tərəfindən yaradılıb.

Bütün Qafqaz müsəlmanlarının dini lideri Şeyxülislam Allahşükür Paşazadənin yubileyi ilə əlaqədar Bakıda səfərdə olan İran Prezidentinin müşaviri Məhəmməd Cavad Əli Əkbəri noyabrın 6-da Trend -a bildirib ki, ifratçılıq islamdan kənardır və müsəlmanlığı heç bir aidiyyatı yoxdur. "İfratçı qüvvələr müəyyən siyasi qüvvələrin maraqlarına uyğun yaranıb və bu qüvvələrin başında şübhəsiz ki, ABŞ dayanıb", - deyə Prezident Mahmud Əhmədinejadın mədəniyyət məsələləri üzrə müşaviri Hüccətulislam Əli Əkbəri bildirib.

Onun sözlərinə görə, hazırda həmin ifratçı qüvvələr ABŞ və onun müttəfiqlərinin özləri üçün də problemə çevriliblər.

İranda oktyabrın 18-də İranın cənubunda yerləşən Sistan və Bəluçistan əyalətində terror aktı baş verib. 41 vətəndaş, o cümlədən İran İnqilabı Keşikçiləri Korpusunun (Sepah) iki generalının ölümü ilə nəticələnən terror aktı ilə bağlı məsuliyyəti Cundollah şəbəkəsi öz üzərinə götürüb. Cundollah bəluçların hüquqlarını qorumağa çalışdığını elan edib. Bu əyalətdə sünni bəluçlar yaşayırlar. İran höküməti isə, bu şəbəkəni terrorçu qruplaşma adlandırır.

"Cundollah-ın Bəluçistan əyalətində törətdiyi cinayətdə rəsmi Vaşinqtonun əli olduğu bizə məlumdur", - Prezidentin müşaviri bildirib.

Xəbər lenti

Xəbər lenti