...

Stavropol diyarının müftisi Qafqazda sərhədlərin aradan qaldırılmasını təklif edir

Cəmiyyət Materials 7 Noyabr 2009 13:41 (UTC +04:00)
Stavropol diyarının və Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyev Qafqazda sərhədlərin aradan qaldırılmasını təklif edir.
Stavropol diyarının müftisi Qafqazda sərhədlərin aradan qaldırılmasını təklif edir

Azərbaycan, Bakı, 07 noyabr / Trend , müxbir Ü.Sadıxova/

Stavropol diyarının və Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyev Qafqazda sərhədlərin aradan qaldırılmasını təklif edir.

"Biz Avropanın yolu ilə getməliyik. Avropa İttifaqında olduğu kimi, Qafqazda da bütün sərhədləri aradan qaldırmalıyıq. Məhz bu zaman Qafqazda münaqişə olmayacaq", - Stavropol diyarının və Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl-Hacı Berdiyev deyib.

Onun sözlərinə görə, Qafqaz xalqları öz adət-ənənəsinə uyğun yaşamalı və onları pozmamalıdır. "Hər bir ölkənin öz problemi var və biz hamımız istəyirik ki, haqq-ədalət qalib gəlsin və bunun üçün biz bu çətin şəraitdən çıxmağın yollarını axtarmalıyıq", - Berdiyev deyib.

Stavropol diyarı və Qaraçay Çərkəz müftisi 60 illik yubileyini və şeyxülislam vəzifəsində çalışmasının 30 illiyini qeyd edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəni xüsusi ordenlə mükafatlandırıb.

Bu ordenlə, həmçinin Rusiyanın Baş naziri Vladimir Putin, Çeçenistanın eks-prezidenti Əhməd Kadırov və hazırkı prezidenti Ramzan Kadırov mükafatlandırılıb.

Bu orden Qafqazda sülhün inkişafındakı töhfələrə görə verilir.

Xəbər lenti

Xəbər lenti