...

Gənclər arasında akrobatik gimnastika üzrə XVI Azərbaycan birinciliyi başa çatıb

Cəmiyyət Materials 9 Noyabr 2009 19:54 (UTC +04:00)
Bakıda gənclər arasında akrobatik gimnastika üzrə XVI ölkə və paytaxt birinciliyi başa çatıb. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bazar ertəsi Trend News-a məlumat verilib.
Gənclər arasında akrobatik gimnastika üzrə XVI Azərbaycan birinciliyi başa çatıb

Azərbaycan, Bakı, 09 noyabr / Trend , müxbir F.Hüseynli/

Bakıda gənclər arasında akrobatik gimnastika üzrə XVI ölkə və paytaxt birinciliyi başa çatıb. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bazar ertəsi Trend -a məlumat verilib.

Yarışlarda "Neftçi", "Təhsil", "Zirvə" və Dəvəçi idman məktəblərindən 32 idmançı iştirak edib.

Birinciliyin qalibləri Murad Məmmədov - Murad Kərimov cütlüyü (idman ustaları), Seymur Cəfərov - Murad Ələkbərov (III kateqoriya) olub. Qarışıq cütlüklərdən Faiq Sultanov - Tamara Babakişiyeva qalib gəlib. Qadın cütlüklərdən Afaq Məhərromova - Pərizad Quliyeva (idman ustaları), Aynur Hüseynova - Nərmin Ramazanova (idman ustalığına namizəd), Şölə Zeynalova - Anastasiya Qulneva (III kateqoriya), Zəminə Həsənova - Ayşə Məmmədova (AGE group) qalib olub.

Kişi qruplarında Naid Ağadadayev - Pərvin Əhədov - Adil Feyzullayev - Ömər Seyidov (idman ustaları), Mikayıl Rüstəmov - Altay Əhədov - Şahverdi Zeynalov - Nihad Bağırov (idman ustalığına namizəd), Qabil Nəsirov - Ağabala Ağayev - Mövlud Əsgərov - Süleyman Həmidov (I kateqoriya) fərqlənib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti