Azərbaycan, Bakı, 18 noyabr / Trend , müxbir M.Əliyev/
"Donuz qripi" ilə mübarizədə maarifləndirmə ilə əlaqədar Azərbaycanın Səhiyyə Nazirliyi xüsusi lövhələr hazırlayıb və onları məktəb və ali təhsil müəssisələrində asmaq üçün Təhsil Nazirliyinə təqdim edib. Bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə deyib.
Onun sözlərinə görə, bu gün təhsil müəssisələrində qoruyucu maskalardan istifadə etmək məcbri deyil. "Bu onunla əlaqədardır ki, məlum xəstəlik Azərbaycanda yayılmayıb", - Mərdanov deyib.
Noyabr ayında Azərbaycanda 14 "donuz qripi" virusuna yoluxma faktı aşkar edilib. Onlardan 13-ü tam sağaldılıb evlərinə göndərilib, bir nəfər isə müalicə alır.