...

Azərbaycanda həkimi öldürməyə cəhddə ittiham olunan Rusiya vətəndaşının məhkəməsi başlayıb

Cəmiyyət Materials 20 Noyabr 2009 17:37 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Fikrət Abbasovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı noyabrın 25-nə təyin edilib.
Azərbaycanda həkimi öldürməyə cəhddə ittiham olunan Rusiya vətəndaşının məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir H.Bağırov/

Azərbaycanda həkimi öldürməyə cəhddə ittiham olunan Rusiya vətəndaşının məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Fikrət Abbasovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı noyabrın 25-nə təyin edilib.

İttihama görə, bu ilin iyulun 7-də Nizami rayonu (Gəncə) Miçurin küçəsində Rusiya Federasiyası vətəndaşı Fikrət Abbasov A.Səhhət adına Xəstəxananın həkimi Ədnan İsmayılovun idarə etdiyi "Mercedes" markalı avtomaşına qumbara atıb. Baş vermiş partlayışdan avtomaşına ziyan dəyib, xəsarət almış İsmayılov isə xəstəxanaya yerləşdirilib. İsmayılova ilkin tibbi yardım göstərildiyindən onun həyatını xilas etmək mümkün olub.

İstintaq müəyyən edib ki, hadisəyə səbəb həkimin Abbasovun anasını əməliyyat edərkən onun ölməsi olub. Buna görə Abbasov həkimi öldürməyə cəhd edib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,120.2.4 (ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd (29,120.2.11) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti