...

Polis Tələbələr günündə qeyri-qanuni toplantıların qarşısını alacaq - İran Polis komandiri

Cəmiyyət Materials 25 Noyabr 2009 12:24 (UTC +04:00)
İran Hüquq-Mühafizə Qüvvələrinin Baş komandanı, general İsmail Əhmədi Müqəddəm "Polis, təhlükəsizlik və 2025-ci il prespektivləri" adlı tədbirdə jurnalistlərin dekabrın 7-si (16 azər tarixi) Tələbələr günündə polisin görəcəyi işlər barədə suallarına cavab olaraq bildirib ki, Tələbələr günündə hansısa qeyri-adi yığıncağın olacağı haqda məlumat yoxdur, lakin qeyri-qanuni şəkildə toplantılar və mitinqlər keçirilərsə, polis onun qarşısını alacaq.
Polis Tələbələr günündə qeyri-qanuni toplantıların qarşısını alacaq - İran Polis komandiri

Azərbaycan, Bakı, 16 noyabr/ Trend /

İran Hüquq-Mühafizə Qüvvələrinin Baş komandanı, general İsmail Əhmədi Müqəddəm "Polis, təhlükəsizlik və 2025-ci il prespektivləri" adlı tədbirdə jurnalistlərin dekabrın 7-si (16 azər tarixi) Tələbələr günündə polisin görəcəyi işlər barədə suallarına cavab olaraq bildirib ki, Tələbələr günündə hansısa qeyri-adi yığıncağın olacağı haqda məlumat yoxdur, lakin qeyri-qanuni şəkildə toplantılar və mitinqlər keçirilərsə, polis onun qarşısını alacaq. Bu barədə İLNA xəbər agentliyi məlumat yayıb.

Müqəddəm həmin gündə polis qüvvələrinin xiyabanlarda sayının çoxaldılıb-çoxaldılmayacağı sualına cavab olaraq bildirib ki, polis və təhlükəsizlik qüvvələrinin sayının Tələbələr günündə sayının çoxaldılması həmin gün nə kimi hadisələrin baş verəcəyindən asılıdır. "Hazırda polis Tələbələr günü ilə bağlı heç bir hazırlıq görməyib, hansı tədbirlər görüləcəyini də indidən deyə bilmərəm", - Müqəddəm deyib.

Trend -un arayışı: 1953-cü ildə ABŞ hakimiyyətinin İrandakı dövlət çevrilişindən (Baş nazir Məhəmməd Müsəddiqin hakimiyyətinin devrilməsi) 5 ay sonra Tehran Universitetinin tələbələri Milli hakimiyyəti (Müsəddiqin höküməti) dəstəkləmək məqsədi ilə geniş şəkildə etiraz aksiyaları keçirdilər. 1953-cü il dekabrın 8-də (İran tarixi ilə azər ayının 16-sı) hərbiçilər universitetə daxil olaraq, tələbələrə atəş açdılar. Həmin hadisələrdə üç tələbə həlak oldu. Həmin ildən etibarən iranlı tələbələr bu günü tələbə günü kimi qeyd edirlər.

Xəbər lenti

Xəbər lenti