Azərbaycanda dini xəritə hazırlanıb

Azərbaycan, Bakı, 25 noyabr / Trend , müxbir A.Hüseynbala/
Azərbaycanda dini xəritə hazırlanıb.
"Azərbaycanda ilk dəfə olaraq dini durumun vəziyyətini əks etdirən xəritə çap olunub", - Trend -un məlumatına görə, çərşənbə günü jurnalistlərə Dinin Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib.
Orucovun sözlərinə görə, xəritədə ölkənin hər bir bölgəsində nə qədər məscid, kilsə və digər dini icmaların fəaliyyət göstərməsi öz əksini tapıb. "Bu xəritədə hər bir rayonda dini durumun hansı vəziyyətdə olduğunu müəyyənləşdirmək mümkündür", - komitə sədri əlavə edib.
Orucov xəritənin kütləvi satış üçün nəzərdə tutulmadığını qeyd edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də