...

Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı faktlar 12 faiz artıb - DİN-in idarə rəisi

Cəmiyyət Materials 1 Dekabr 2009 18:40 (UTC +04:00)
Bu ilin 10 ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 2710, o cümlədən satış məqsədilə 1024 fakt aşkar edilib ki, bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çoxdur.
Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı faktlar 12 faiz artıb - DİN-in idarə rəisi

Azərbaycan, Bakı, 01 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Bu ilin 10 ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 2710, o cümlədən satış məqsədilə 1024 fakt aşkar edilib ki, bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çoxdur. Trend -un məlumatına görə, bu barədə çərşənbə axşamı ÜDaxili işlər orqanlarında kargüzarlıq işinin təşkili"nə və "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməliyyat işinin, digər xidmət sahələri ilə qarşılıqlı əlaqələrin vəziyyəti"nə həsr olunmuş geniş Kollegiya iclasında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov deyib.

"Hesabat dövründə 326 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə respublikaya gətirilməsinin qarşısı alınaraq 48 xarici ölkə vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib. Qanunsuz kultivasiya olunan və yabanı halda bitmiş 1300 tona yaxın narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilib", - Aslanov bildirib.

Həyata keçirilən kompleks təşkilati tədbirlərin nəticəsində qanunsuz dövriyyədən əvvəlki illərdən fərqli olaraq daha çox narkotik vasitə çıxarılıb. 2006-cı ildə 251,5 kiloqram, 2007-ci ildə 336,7 kiloqram, 2008-ci ildə 651,5 kiloqram, 2009-cu ilin 10 ayında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin ümumi çəkisindən 1,7 dəfə çox - 993,9 kiloqram narkotik vasitə götürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti