...

Azərbaycan hüquq-mühafizə orqanları qanunsuz dini ədəbiyyat müsadirə edib

Cəmiyyət Materials 9 Dekabr 2009 13:30 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend News-a verilən məlumata görə, Balakən rayon polis şöbəsi və Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsi əməkdaşları tərəfindən qanunsuz dini təriqətlərdən birini təbliğ etməkdə şübhəli bilinən Qullar kənd sakinləri İlfan Mahmuyevin və onun qardaşı Kənanın yaşadıqları evə baxış keçirilib.
Azərbaycan hüquq-mühafizə orqanları qanunsuz dini ədəbiyyat müsadirə edib

Azərbaycan, Bakı, 09 dekabr / Trend , muxbir K.Zərbalıyeva/

Azərbaycan hüquq-mühafizə orqanları qanunsuz dini ədəbiyyat müsadirə edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, Balakən rayon polis şöbəsi və Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsi əməkdaşları tərəfindən qanunsuz dini təriqətlərdən birini təbliğ etməkdə şübhəli bilinən Qullar kənd sakinləri İlfan Mahmuyevin və onun qardaşı Kənanın yaşadıqları evə baxış keçirilib.

Baxış zamanı qanunla qadağan olunmuş, müxtəlif dillərdə çap olunmuş 47 adda dini kitablar, 33 ədəd kompyuter diski, 2 ədəd videokaset və 6 ədəd dini məzmunlu şəkil aşkar edilərək götürülüb.

Trend -un arayışı: Dövlət Komitəsində yayımı qadağan olunan dini kitabları müəyyənləşdirmək üçün ekspertiza şöbəsi fəaliyyət göstərir.

Azərbaycanda 2008-ci ildə dini dözümsüzlüyü və ayrı-seçkiliyi təbliğ edən 59 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən öncə bildirilib ki, əvvəlki illərin statistikasının təhlili son vaxtlar ölkəyə zərərli dini ədəbiyyatın idxalının və yayılmasının azaldığını göstərir. Bu faktı Komitədə ekspertizadan keçirilən dini kitabların arasındakı zərərli dini ədəbiyyatın sayı da təsdiqləyir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti