...

İranın sabiq hökumət sözçüsünə 6 il həbs cəzası verilib

Cəmiyyət Materials 24 Dekabr 2009 15:23 (UTC +04:00)
Tehran şəhər Məhkəməsinin hökmü ilə İranın sabiq hökumət sözçüsü Abdullah Ramazanzadə 6 il müddətinə azadlıqdan məhrum edilib.
İranın sabiq hökumət sözçüsünə 6 il həbs cəzası verilib

Tehran şəhər Məhkəməsinin hökmü ilə İranın sabiq hökumət sözçüsü Abdullah Ramazanzadə 6 il müddətinə azadlıqdan məhrum edilib, bu barədə Trend Iranın FARS agentliyinə istinadən məlumat yayır.

Ramazanzadə iyunun 12-də İranda keçirilən prezident seçkilərindən sonrakı hadisələrə görə həbs olunaraq, ölkənin milli təhlükəsizliyinə qarşı təxribat törətməkdə, İran İslam Respublikasına qarşı təbilğat aparmaq və dövlət əhəmiyyətli sənədləri saxlamaqda günahlandırılıb.

Bu gün keçirilən məhkəmə iclasında məhkəmə hökmü elan olunub.

Ramazanzadə 800 min dollar girov müqabilində 4 günlüyə evə buraxılıb.

Ramazanzadə İranın islahatçılar düşərgəsindən olan "Müşarikət Cəbhəsi"nin baş katibinin müavinidir. İranın sabiq prezidenti Məhəmməd Xatəminin birinci prezidentliyi dövründə Kürdüstan əyalətinin başçısı, ikinci prezidentliyi dövründə isə hökumət sözçüsü və katibi vəzifəsində çalışıb. Bundan başqa Ramazanzadə Daxili İşlər Nazirliyinin Proqramlaşdırma və Layihələşdirmə İdarəsinin sədri vəzifəsində də çalışıb.

Xəbər lenti

Xəbər lenti