...

Azərbaycan məktəblərində buraxılış imtahanlarının sayı azaldılacaq – təhsil naziri

Cəmiyyət Materials 26 Dekabr 2009 14:35 (UTC +04:00)
Azərbaycan məktəblərində buraxılış imtahanlarının sayı növbəti il ərzində azaldılacaq. Bu barədə şənbə günü Azərbaycanın təhsil naziri Misir Mərdanov jurnalistlərə deyib.
Azərbaycan məktəblərində buraxılış imtahanlarının sayı azaldılacaq – təhsil naziri

Azərbaycan, Bakı, 26 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycan məktəblərində buraxılış imtahanlarının sayı növbəti il ərzində azaldılacaq. Bu barədə şənbə günü Azərbaycanın təhsil naziri Misir Mərdanov jurnalistlərə deyib.

Onun sözlərinə görə, bu qərar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndələri ilə müzakirədən sonra qəbul edilib.

"Lakin sualların sayı artırılacaq, belə ki, bir nəfərin biliyinin yoxlanması üçün hazırkı sualların sayı kifayət etmir, - nazir şənbə günü jurnalistlərə deyib. - Bundan əlavə, bir auditoriyaya müxtəlif variantlarda sualların paylanması qərara alınıb".

"Azərbaycanın Təhsil Nazirliyi test sistemindən istifadə edərək ali təhsil müəssisələrində hər semestrin sonunda müxtəlif ixtisaslar üzrə imtahanlarda mərkəzləşdirmə tətbiq etməyi planlaşdırır", - nazir deyib.

Onun sözlərinə görə, hazırkı təcrübə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda artıq uğurla həyata keçirilir.

"Gələcəkdə test sistemindən istifadə edərək mərkəzləşdirilmiş buraxılış imtahanlarını tətbiq etməyi planlaşdırırıq", - Mərdanov deyib.

Xəbər lenti

Xəbər lenti