...

Azərbaycan Ədliyyə Nazirliyi ədliyyə orqanlarında qulluğa qəbulla bağlı müsabiqə elan edib

Cəmiyyət Materials 30 Dekabr 2009 16:22 (UTC +04:00)
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend News-a verilən məlumata görə, müsabiqəyə çıxarılmış vakant vəzifələr məhkəmə icraçıları xidmətində, qeydiyyat və regional ədliyyə şöbələrində və digər ədliyyə sahələrindədir.
Azərbaycan Ədliyyə Nazirliyi ədliyyə orqanlarında qulluğa qəbulla bağlı müsabiqə elan edib

Azərbaycan, Bakı, 30 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Ədliyyə Nazirliyi ədliyyə orqanlarında qulluğa qəbulla bağlı müsabiqə elan edib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, müsabiqəyə çıxarılmış vakant vəzifələr məhkəmə icraçıları xidmətində, qeydiyyat və regional ədliyyə şöbələrində və digər ədliyyə sahələrindədir.

Sənədlər yanvarın 5-dən etibarən Ədliyyə Nazirliyinin inzibati binasında bütün iş günləri qəbul ediləcək.

Müsabiqədə iştirak etmək istəyən və "Ədliyyə orqanlarında qulluqkeçmə haqqında" qanunun tələblərinə cavab verən ali hüquq təhsili olan Azərbaycan vətəndaşları ərizə və müvafiq sənədləri təqdim edə bilərlər.

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı sonuncu müsabiqədən keçmiş namizədlər Ədliyyə Akademiyasında peşə fəaliyyətinə buraxılış məqsədilə icbari təlimə cəlb olunub və müvəffəqiyyətlə keçənlər müvafiq təyinatlar alıb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində qulluğa qəbulla bağlı sənəd qəbulu da davam edir.

Xəbər lenti

Xəbər lenti