...

Azərbaycanda qardaşını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan şəxsə 14 il iş verilib

Cəmiyyət Materials 8 Yanvar 2010 17:37 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 30 yaşlı Bəkir Orucəli oğlu Məmmədova hökm oxunub
Azərbaycanda qardaşını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan şəxsə 14 il iş verilib

Azərbaycan, Bakı, 08 yanvar / Trend , müxbir H.Bağırov/

Azərbaycanda qardaşını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan şəxsə hökm oxunub.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 30 yaşlı Bəkir Orucəli oğlu Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin xüsusi amanszılıqla qəsdən adam öldürmə (120.2.4) maddəsi ilə ittiham olunub.

Məmmədov bu ilin oiktyabrın 27-də qardaşı, 1977-ci il təvəllüdlü Balaəli Məmmədovu bıçaqlayaraq, qətlə yetirib.

Xəbər lenti

Xəbər lenti