...

Azərbaycan və İran gənclərin əməkdaşlığı haqqında saziş imzalayıblar (FOTO)

Cəmiyyət Materials 27 Yanvar 2010 17:59 (UTC +04:00)
Azərbaycan və İran çərşənbə günü gənclərin əməkdaşlığı haqqındar saziş imzalayıblar. Sənədi İranın Milli Gənclər Təşkilatını sədr müavini Məhəmməd Sadiq Əkbəri və Azərbaycan Gənclər və İdman Nazirliyinin gənclərlə iş üzrə sektorunun direktoru Fərhad Hacıyev imzalayıb.
Azərbaycan və İran gənclərin əməkdaşlığı haqqında saziş imzalayıblar (FOTO)

Azərbaycan, Bakı, 27 yanvar / Trend , müxbir T.Cəfərov/

Azərbaycanİran çərşənbə günü gənclərin əməkdaşlığı haqqındar saziş imzalayıblar. Sənədi İranın Milli Gənclər Təşkilatını sədr müavini Məhəmməd Sadiq ƏkbəriAzərbaycan Gənclər və İdman Nazirliyinin gənclərlə iş üzrə sektorunun direktoru Fərhad Hacıyev imzalayıb.

Sazişə əsasən, 18 nəfər İran gənclərindən ibarət nümayəndə heyəti iki ölkədə təşkil edilən gənclərlə bağlı tədbirlərdə, eləcə də elmi və istirahət düşərgələrində iştirak etmək məqsədi ilə Azərbaycana səfər edəcəklər. Plana görə, oktyabrda Azərbaycan Gənclər və idman Nazirliyinin 4 nümayəndəsi İrana səfər edəcək. 2011-ci ildə isə İran tərəfi Azərbaycana səfər edəcək. Saziş, həmçinin iki ölkə nümayəndələrinin beynəlxalq iclaslarda iştirakı üçün şəraitin yaradılmasını, gənclərlə bağlı qanunvericilik məsələləri üzrə fikir mübadiləsinin aparılmasını nəzərdə tutur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti