...

Gürcüstanda 37 seminar iştirakçısı "donuz qripi"nə yoluxa bilər

Cəmiyyət Materials 29 Yanvar 2010 16:09 (UTC +04:00)
Sxnetidə (Tbilisi yaxınlığında) Məshətilər Birliyi tərəfindən keçirilən seminarın 37 iştirakçısı H1N1 virusuna yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Gürcüstanda 37 seminar iştirakçısı "donuz qripi"nə yoluxa bilər

Gürcüstan, Tbilisi, 29 yanvar / Trend , müxbir N.Kirsxaliya/

Sxnetidə (Tbilisi yaxınlığında) Məshətilər Birliyi tərəfindən keçirilən seminarın 37 iştirakçısı H1N1 virusuna yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Diaqnozun təsdiqlənməsi üzrə laborator analizlər keçirilir.

Yoluxmuş xəstələr yüksək temperaturla Tbilisi infeksion xəstəxanasına gətirilib. Onlardan 36-sı ev şəraitində müalicə almaq üçün göndərilib, biri isə stasionarda saxlanılıb. Onun vəziyyəti nisbi ağırdır. Axalsıxa və Kvemo Kartlidə xəstəliyə yoluxanlar üstünlük təşkil edir.

Xəbər lenti

Xəbər lenti