...

Azərbaycanda vergidən yayınmaqda təqsirli bilinən şirkət rəhbərinə hökm oxunub

Cəmiyyət Materials 29 Yanvar 2010 15:16 (UTC +04:00)
Şirvan şəhər Məhkəməsindən Trend News-a verilən məlumata görə, "İdeal" və "Serves" MMC-nin direktoru Eldar Şamo oğlu Nəsirov 3 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Azərbaycanda vergidən yayınmaqda təqsirli bilinən şirkət rəhbərinə hökm oxunub

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir H.Bağırov/

Azərbaycanda vergidən yayınmaqda təqsirli bilinən şirkət rəhbərinə hökm oxunub.

Şirvan şəhər Məhkəməsindən Trend -a verilən məlumata görə, "İdeal" və "Serves" MMC-nin direktoru Eldar Şamo oğlu Nəsirov 3 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin vergi ödəməkdən yayınma (213.4) maddəsi ilə ittiham olunub. Nəsirov "İdeal" və "Serves" MMC-lərə rəhbərlik etdiyi dövrlərdə həmin müəssisələrin qeydiyyatda olduğu vergi orqanına gəlirlər və xərclər barədə bəyannamələr təqdim etməməklə külli miqdarda vergiləri ödəməkdən qəsdən yayınıb.

Xəbər lenti

Xəbər lenti