...

Bakıdakı ali məktəblərin yataqxanalarında məskunlaşan məcburi köçkünlərin köçürülməsi prosesinə başlanılacaq - təhsil naziri Misir Mərdanov

Cəmiyyət Materials 3 Fevral 2010 11:38 (UTC +04:00)
Bakıdakı ali məktəblərin yataqxanalarında məskunlaşan məcburi köçkünlərin köçürülməsi prosesi bu il başlanılacaq. Trend News-un məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib.
Bakıdakı ali məktəblərin yataqxanalarında məskunlaşan məcburi köçkünlərin köçürülməsi prosesinə başlanılacaq - təhsil naziri Misir Mərdanov

Azərbaycan, Bakı, 3 fevral / Trend , müxbir A.Hüseynbala/

Bakıdakı ali məktəblərin yataqxanalarında məskunlaşan məcburi köçkünlərin köçürülməsi prosesinə bu il başlanılacaq. Trend -un məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib.

"Düşünürəm ki, bu proses başlanılsa da bütün ali məktəblərin yataqxanalarında məskunlaşan məcburi köçkünləri eyni vaxtda bu il ərzində köçürmək və yaşayış yeri ilə təmin etmək mümkün olmayacaq. Ona görə də bu proses mərhələli aparılmalıdır", - Mərdanov bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Mərdanovun sözlərinə görə, əgər bu proses başlayarsa, il ərzində yalnız bir-iki ali məktəbin yataqxanasında məskunlaşan məcburi köçkünləri köçürmək mümkün olacaq.

Hazırda Bakı Dövlət Universitetinin, Texniki Universitetin, İqtisad Universitetinin və digər ali məktəblərin yataqxanalarında məcburi köçkünlər məskunlaşıblar.

Xəbər lenti

Xəbər lenti