...

Azərbaycanda həbsdə olan baş redaktorun analizlərində narkotik və psixotrop maddə aşkar edilib - Bakı şəhər prokurorluğu

Cəmiyyət Materials 3 Fevral 2010 17:52 (UTC +04:00)
Bakı şəhər prokurorluğunun mətbuat xidmətindən Trend News-a verilən məlumata görə, "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin qan və sidik nümunələrində diasetil-morfi (heroin), amfetaminil narkotik vasitələri və flunitrozepam-M psixotrop maddəsi aşkarlanıb.
Azərbaycanda həbsdə olan baş redaktorun analizlərində narkotik və psixotrop maddə aşkar edilib - Bakı şəhər prokurorluğu

Azərbaycan, Bakı, 03 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda həbsdə olan baş redaktorun qan və sidik analizlərində narkotik və psixotrop maddə aşkar edilib.

Bakı şəhər prokurorluğunun mətbuat xidmətindən Trend -a verilən məlumata görə, "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin qan və sidik nümunələrində diasetil-morfi (heroin), amfetaminil narkotik vasitələri və flunitrozepam-M psixotrop maddəsi aşkarlanıb.

Məhkəmə-narkoloji ekspertizasının rəyinə görə, Fətullayevdə narkotik vasitə olan diasetil-morfi (heroin), amfetaminil və psixotrop dərman vasitəsi olan benzodiazepindən istifadə etmə halları olmuş, lakin müayinə zamanı narkomaniya xəstəliyindən əziyyət çəkməməsi baxımından onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.

Ekspertizanın rəyində Fətullayevin narkotik vasitələr və psixotrop maddələrdən istifadə etmə halları nəzərə alınaraq narkoloji profilaktik qeydiyyata alınması məsləhət görülür.

Ötən ilin dekabrında Fətullayevin ayaqqabısından və gödəkcəsinin astarından 0,223 qram heroin tapılıb. Jurnalist barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə cinayət işi açılıb.

Baş redaktor terrora çağırış, milli ədavəti qızışdırma və vergidən yayınmada təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti