...

Azərbaycanın Mətbuat Şurası Xocalı soyqırımının işıqlandırılması üzrə məqalə müsabiqəsini başa çatdırıb

Cəmiyyət Materials 16 Fevral 2010 16:45 (UTC +04:00)
"Müsabiqənin keçirilməsində əsas məqsəd xaricdə bu barədə məlumatlandırılma üçün Xocalı soyqırımı mövzusunda materialların yığılmasıdır", - Mətbuat Şurasının sədri Əflatun Amaşov çərşənbə axşamı Trend-in mətbuat mərkəzində keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, müsabiqənin qalibi olan məqalələr bir neçə xarici dilə tərcümə olunacaq və xarici ölkələrin elektron və çap KİV-də dərc ediləcək.
Azərbaycanın Mətbuat Şurası Xocalı soyqırımının işıqlandırılması üzrə məqalə müsabiqəsini başa çatdırıb

Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir M.Əliyev/

Azərbaycanın Mətbuat Şurası Xocalı soyqırımının mediada işıqlandırılması üzrə məqalə müsabiqəsini başa çatdırıb.

"Müsabiqənin keçirilməsində əsas məqsəd xaricdə bu barədə məlumatlandırılma üçün Xocalı soyqırımı mövzusunda materialların yığılmasıdır", - Mətbuat Şurasının sədri Əflatun Amaşov çərşənbə axşamı Trend-in mətbuat mərkəzində keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, müsabiqənin qalibi olan məqalələr bir neçə xarici dilə tərcümə olunacaq və xarici ölkələrin elektron və çap KİV-də dərc ediləcək.

2009-cu il sentyabrın 1-dən 2010-cu il fevralın 1-dək keçirilmiş müsabiqəyə Azərbaycanın 41 elektron və çap KİV-i 76 məqalə ilə qoşulub. Müsabiqənin yekunu üzrə birinci yeri tutan müəllif 1000 manat, ikinci yer 650 manat, üçüncü yer isə 300 manat alacaq. Bundan başqa, həvəsləndirici mükafat 500 manat həcmində olacaq.

Müsabiqənin münsiflər heyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Bəxtiyar Sadıxov bildirib ki, müsabiqənin məqsədi ikili standartların mövcud olduğu dünyaya hadisələrin həqiqi tərəfini göstərməkdir.

Müsabiqənin münsiflər heyətinin üzvü Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxovun fikrincə, hazırda xarici oxucuların bu barədə məlumatlandırılması üçün sözügedən mövzu üzrə materiallara ehtiyac var. Poluxov deyib ki, bu müsabiqədən sonra jurnalistlərin ölkə oxucularına hansı materialların maraqlı olması barədə təsəvvürü olacaq.

Müsabiqə hakimlərinin tərkibinə həmçinin Milli Məclisin deputatı Elman Məmmədov, Rəşid Məcid, Bahəddin Qazıyev, Elşad Mirələm, Mahir Cavadlı daxildir.

Layihə "Azərsun-Holdinq" şirkətinin dəstəyi ilə həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti